Mehriban Əliyeva: “Vaqif Mustafazadənin adı və yaradıcılığı daim yaşayacaqdır”

17 Mart, 2020 08:55 | Siyasət | Baxış sayı: 33
Mehriban Əliyeva
Mehriban Əliyeva

Birinci vitse-prezident “Instagram” səhifəsində yazdı

“Vaqif Mustafazadə... Bu ad hər birimizdə ən xoş duyğular oyadır. Qısa, lakin mənalı ömür yaşadı. O, dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etdi. Qəlbləri titrədən gözəl melodiyaları və ritmləri milli musiqi irsimizi daha da zənginləşdirdi və bütün dünyada tanıtdı”.

IstiPress-in məlumatına görə, bu fikirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Instagram” səhifəsində yer alıb.

Mehriban Əliyeva bildirib ki, 80 illiyi qeyd olunan Vaqif Mustafazadənin adı və yaradıcılığı yaşayır və daim yaşayacaqdır.

“Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Vaqif Mustafazadənin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Fondu tərəfindən 2012-ci ildə bəstəkarın həyat və yaradıcılığından bəhs edən musiqi albomu nəşr edilmiş, yaxın zamanlarda isə əsaslı yenidənqurma işləri aparılan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbi istifadəyə veriləcəkdir”.

Посмотреть эту публикацию в Instagram

Vaqif Mustafazadə... Bu ad hər birimizdə ən xoş duyğular oyadır. Qısa, lakin mənalı ömür yaşadı. O, dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etdi. Qəlbləri titrədən gözəl melodiyaları və ritmləri milli musiqi irsimizi daha da zənginləşdirdi və bütün dünyada tanıtdı. 80 illiyi qeyd olunan Vaqif Mustafazadənin adı və yaradıcılığı yaşayır və daim yaşayacaqdır. ⠀ Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Vaqif Mustafazadənin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Fondu tərəfindən 2012-ci ildə bəstəkarın həyat və yaradıcılığından bəhs edən musiqi albomu nəşr edilmiş, yaxın zamanlarda isə əsaslı yenidənqurma işləri aparılan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbi istifadəyə veriləcəkdir. ⠀ Вагиф Мустафазаде… Это имя вызывает в каждом из нас самые теплые чувства. Жизнь его была коротка, но полна смысла. Он пополнил мировую сокровищницу музыкальных шедевров неповторимыми образцами джаз-мугама, созданного на основе удачного синтеза имеющего глубокие корни азербайджанского мугама и джазовой музыки. Созданные им прекрасные мелодии и ритмы, будоражащие сердца людей, еще больше обогатили наше национальное музыкальное наследие и широко популяризировали его во всем мире. Имя и творчество Вагифа Мустафазаде, 80-летие которого отмечается, живут и будут жить вечно. ⠀ В знак почтения памяти выдающегося представителя музыкальной культуры Азербайджана Вагифа Мустафазаде в 2012 году Фондом Гейдара Алиева был издан музыкальный альбом, повествующий о жизни и творчестве композитора, а в скором времени состоится открытие после капитальной реконструкции Детской школы искусств номер 2 имени Вагифа Мустафазаде.

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)