Türkiyə partiyası Zeynəb Xanlarovanın mahnısını seçdi (VİDEO)

17 Mart, 2017 00:04 | Siyasət | Baxış sayı: 662
Zeynəb Xanlarova
Zeynəb Xanlarova

Mahnının musiqisi Ələkbər Tağıyevə məxsusdur

Türkiyədə referendum öncəsi təbliğat-təşviqat prosesi davam edir. İstiPress-in məlumatına görə, partiyalar öz mövqelərini müxtəlif videoçarxlar, şüarlar, mahnılarla seçicilərə çatdırmağa çalışırlar.

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) ötən gün geniş ictimaiyyətə təqdim etdiyi mahnı İstiPress-in diqqətini çəkib. Təbliğat mahnısının melodiyası müəllifi Ələkbər Tağıyev olan “Sənə qurban” (Sən Müşfiqin yanında...) mahnısı ilə eynidir.

Sözləri dahi şairimiz Mikayıl Müşfiqə aid olan və ilk dəfə Xalq artisti Zeynəb Xanlarovanın ifasında eşitdiyimiz bu mahnı dünyaşöhrətli ifaçının sayəsində bütün dünyada məşhurdur. 

Bu musiqi əsasında türklərin məşhur "Mavi Boncuk" (Mavi Muncuq") mahnısı da yazılıb. Mahnının sözləri Ülkü Akere məxsusdur. 

Türkiyədə hələ də insanların əksəriyyəti mahnının əsl müəllifinin azərbaycanlı olmasından xəbərsizdir. 

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) ötən gün geniş ictimaiyyətə təqdim etdiyi mahnı
Zeynəb Xanlarova-Qal sənə qurban
Emel Sayın - Mavi boncuk