Paşinyanın nağılları sona çatdı

17 Fevral, 2020 09:10 | Siyasət | Baxış sayı: 57
Fikrət Sadıqov
Fikrət Sadıqov

"Ermənistanaın baş nazirinin deməyə sözü qalmamışdı"

"Münhendə keçirilən debat bir daha Ermənistan liderinin çarəsizliyini göstərdi". Bunu Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyidb.

Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin səsləndirdiyi arqumentləri eşitməyə hazır olmayıb. "Çətin ki, onları ilk dəfə eşidir. Ancaq Azərbayacan prezidenti göstərdiyi təmkin, inadkarlıq, dinamiklik, konkret faktlar erməni naziri əlbətdə ki, tamamilə silahsızlaşdırıb. 

Paşinyanın narahatlığı, əsəbləşdiyi, inandırıcı arqumentlər göstərmək iqtidarında olmadığı açıq-aydın görünürdü. Çünki İlham Əliyev konkret faktlarla tarixi ekskursiya edərək hər şeyi izah edib. Paşinyanın sadəcə deməyə sözü qalmamışdı. Ona bir daha izah edilib ki, Azərbaycan öz torpaqlarında daha bir erməni dövlətinin yaradılmasına icazə verməyəcək. АDR faktiki olaraq ermənilərə İrəvan xanlığının mərkəzi olan İrəvanı hədiyyə edib. Və bizim hədiyyə etdiyimiz torpaqlarda onlar artıq Ermənistan dövlətini yaradıblar. İkincisi yaratmağa isə heç kim imkan verməyəcək". 

F.Sadıqov deyib ki, İ.Əliyev Paşinyana Azərbaycanın işğal edilən torpaqlarında, təmas xəttində erməni vətəndaşlarının, onun oğlunun  xidmət etdiyini aydın xatırladıb. "Əllbətdə Paşainyan çaşqın idi. O belə dinamika gözləmirdi. Düşünürdü ki, erməni xalqının "qədimliyi" haqqında əfsanələr və nağıllar ona kömək edəcək və auditoriya tərəfindən qəbul nediləcək. Amma bu baş vermədi. İlham liyev Azərbaycanın heç vaxt ərazisini itirməsi ilə barışmayacağını, ermənilərin ikinci dövlət üçün Azərbaycandan kənarda harada istəsəslər yer axtara biləcəklərini izah etmək üçün hər şey etdi"./day.az/