İlham Əliyev türkləri heyran etdi: "Əliyevdən Paşinyana tarixi sillə" VİDEO

17 Fevral, 2020 08:40 | Siyasət | Baxış sayı: 365
Türk mətbuatının manşeti
Türk mətbuatının manşeti

Türkiyə mətbuatı Azərbaycan liderinin Almaniyada erməni naziri faktlarla susdurmasından yazıb

Prezident İlham Əliyevin fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldəki çıxışı türkləri də heyran edib. Türkiyə mətbuatı Azərbaycan liderinin çıxışına geniş yer verib. 

Aparıcı Türkiyə kütləvi informasiya vasitələri azərbaycanlı liderin qarşı tərəfi əsaslı dəlillərlə dalana dirədiyini yazıblar. Adıçəkilən müzakirələr bəzi mətbu orqanlarda “Əliyevdən Paşinyana tarixi şillə”, "Tarixdə ilk" manşeti ilə təqdim edilib. 

"Paşinyan tarixi təhrif, Xocalı soyqırımını inkar edərkən, İlham Əliyev gerçəkləri xatırladıb, ona sillə kimi cavablar verib".

Yazılarda İlham Əliyevin əsaslı arqumentlərə əsaslanan çıxışına, eləcə də dəlillər qarşısında həyəcandan özünü itirən və yalanlar uydurmaqda davam edən Paşinyanın çıxışına diqqət çəkilir. 

Münhen toplantısı - Azərbaycan lideri İlham Əliyev və Nikol Paşinyan
Münhen toplantısı - Azərbaycan lideri İlham Əliyev və Nikol Paşinyan