Erməni ziyalılar Paşinyanı söyür: "Sən sıfırsan, heçnəsən"

17 Fevral, 2020 09:33 | Siyasət | Baxış sayı: 212
Nikol Paşinyan
Nikol Paşinyan

İlham Əliyevin qarşısında kəkələyə-kəkələyə qalan erməni nazirə öz ölkəsindən daha bir zərbə

Münhendə Dağlıq Qarabağla bağlı keçirilən debatlarda çıxış edən Ermənistan baş naziri Nikol Paşinyanın rabitəsiz, yalan, təmkinsiz və tarixi əsasları olmayan nitqi erməniləri də hiddətləndirib. Öz ölkəsinin sakinləri belə Azərbaycan prezidenti İlham Əliyevin tarixi çıxışı qarşısında aciz qalan Paşinyanı təhqid etməyə başlayıb. Ölkə ictimaiyyəti də onun danışığından sonra özündən çıxıb. 

"Nikol Paşinyan, əgər evdə oturanlar sənə desələr ki, çıxışın möhtəşəm idi onlara inanma. Reallıqdan uzaqlaşma və bil ki sən sıfırsan, heçnəsən!"Bu sözləri isə populyar erməni müğənni, şairə Anna Honver deyib. 

O, utancından yerin dibinə girməyə hazır olduğunu, başının önə əyildiyini  qeyd edib. 

Baş naziri kəskin tənqid edənlərdən biri də yazıçı Anna Terkott- Astvatsaturyandır. O, özünün sosial şəbəkədəki səhifəsində erməni "lider"in məğlubiyyətini onun kütbeyinliyi ilə bağlayıb. Onun sözlərinə görə, məhz Paşinyanın tarix haqqında məlumatsızlığı, siyasi diskussiyaya hazır olmaması həm onu, həm də bütün Ermənistanı gülünc vəziyyətə qoyub. 

Yazıçı qeyd edib ki, Paşinyan bütün parametrlərə görə Azərbayacan prezidenti İlham Əliyevə məğlub olub. "Ar oslun".