Türkiyə öz dostunu seçdi

17 Yanvar, 2020 13:04 | Siyasət | Baxış sayı: 401
Türkiyə bayrağı
Türkiyə bayrağı

Ölkənin dostu deyəndə xalqın ağlına ilk gələn ad

Türkiyənin dostu dedikdə ağlınıza ilk olaraq hansı ölkə gəlir? Bu sualı "Public Status" Araşdırmalar və məsləhət xidmətləri sorğu keçirdiyi şəxslərə ünvanlayıb. 

Türkiyədəki sorğu 13-16 yanvar tarixlərində davam edib. Burada 25 bölgədən on minlərlə insan iştirak edib. Rəyi soruşulanların çoxu bu suala "Azərbaycan" cavabını verib. Dost deyəndə ağla gələn ilk ölkənin "Azərbaycan" olduğunu deyənlər 32, 11 faiz olub. 

İkinci pillədə 14,61 faizlə Qətər qərarlaşıb. İlk üçlüyü isə Rusiya qapayır - 13,58 fazi. Paksitan bu siyahıda dördüncü olub.