Prezidentlə bağlı səs yazısı yayılan baş nazir istefa verdi

17 Yanvar, 2020 12:23 | Siyasət | Baxış sayı: 112
66
66

Səs yazısı "Prezidenti necə aldatmaq olar" kanalında yayılıb

Ukraynanın baş naziri Aleksey Qonçaruk istefa verib.  İstiPress-in məlumatına görə, bu barədə o özü "Facebook" səhifəsində məlumat verib. Baş nazir prezident Vladimir Zelenskiyə istefa ilə bağlı ərizə yazıb. 

"Mən prezidentin proqramını reallaşdırmaq üçün vəzifəyə gətirilmişəm. O mənim üçün vicdanlılıq simvoludur. Lakin bunu prezidentə olan etibar və hörmətdə istənilən şübhələrdən azad olmaq üçün ərizə yazmışam". 

Qeyd edək ki, "Prezidenti necə aldatmaq olar" "Youtube" kanalı baş nazir Aleksey Qonçaruk, maliyyə naziri Oksana Markarova, Milli Bankın rəhbəri Yakov Smoli və onun müavini Yekaterina Rojkovaya aid olduğu iddia edilən telefon danışığının səs yazısını yayıb. Səs yazısında onlar dövlət başçısı Vladimir Zelenskininin iqtisadi proseslərdən primitiv anlayışının olduğu deyilir. Ona qrivna kursunun möhkəmlənməsinin səbəblərini başa salacaqlarını deyirlər.

Qonçaruk hökumətə ötən ilin avqustundan rəhbərlik edir.