Ermənistan yeni fəlakət qarşısında - Paşinyan qorxur

17 Yanvar, 2020 16:05 | Siyasət | Baxış sayı: 1566
Nikol Paşinyan Qarabağ klanı təmsilçiləri ilə birlikdə
Nikol Paşinyan Qarabağ klanı təmsilçiləri ilə birlikdə

Ermənistan baş naziri özünə yeni düşmənlər tapıb

Rusiyanın “Qazprom” şirkətinin qazın qiymətini qaldırmaq niyyəti Ermənistanda böyük fəlakətə səbəb ola bilər.

İstiPress-in məlumatına görə, bu ehtimalla Ermənistanda tanınmış analitik Naira Ayrumyan çıxışh edib.

Lragir” analitika portalında yazdığı məqaləsində Ayrumyan 2015-ci ilin yayında İrəvanda elektrik enercisinin bahalaşması üzündən baş vermiş kütləvi iğtişaşları xatırladıb. O, bütün probğlemləri 2013-cü ildə Rusiyanın təzyiqi ilə bağlanmış fəlakətli qaz sazişi ilə əlaqələndirib. Sazişə görə, 49 il “Qazprom” Ermənistanın qaz bazarında inhisarçı durumda olacaq.

Bu sazişin Rusiyanın birbaşa nökəri olan Qarabağ klanı tərəfindən bağlandığını vurğulayan Ayrumyan Paşinyanın da əvvəlki hakimiyyətdən ciddi fərqlənmədiyini vurğulayıb: "2018-ci ildən Ermənistanda yeni hakimiyyətdir, İşləri artıq Putin idarə etmir, amma hələ də İrəvan Rusiyanın dövlət şirkətləri ilə bağlanmış fəlakətli müqavilələrdən imtina etmək istəmir".

Qeyd edək ki, qarabağlı olmasına baxmayaraq həmişə qərb yönümlü mövqe tutmuş Naira Ayrumyan artıq ikinci dəfədir ki, düşərgə yoldaşı Paşinyanı tənqid edir. Bir dəfə də onu Madrid prinsipləri çərçivəsində danışıqlar prosesindən imtna etməsinə görə elə bu cür üstörtülü tənqid etmişdi və üstörtülü şəkildə Ermənistanı blokadan çıxarmaq üçün ilk addım kimi Qarabağ ətrafı rayonlardan erməni qoşununun çıxarılmasını vacib saymışdı. Yəni düşərgə yoldaşları keçmişdə bunu qaçılmaz sayan Paşinyanın Rusiyadan qorxaraq nala-mıxa vurmasını anlamırlar..

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Paşinyan isə onların tənqidini qəbul etmək istəmir. “Newsarmenia.am” portalının yazdığına görə, Ermənistan baş naziri onu tənqid edən jurnalistlərə qarşı düşmən kimi çıxış edib. O, bu jurnalistlərin,  xüsusilə də iki telekanalın korrupsionerlər tərəfindən maliyyələşdiyini iddia edib.