DYP-nin iki şöbə rəisinə yeni vəzifə verildi

17 Yanvar, 2020 16:56 | Siyasət | Baxış sayı: 72
Vilayət Eyvazov
Vilayət Eyvazov

Polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

İstiPress-in məlumatına görə, bunla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

BDYPİ-nin Yol patrul xidməti şöbəsinin rəisi Kamran Əliyev isə əvvəlki vəzifəsinə qaytarılıb. Belə ki, o, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib. K.Əliyev faktı təsdiqləyib.