Azərbaycan dünyanın ən nüfuzlu ölkələri arasında

16 Dekabr, 2019 10:56 | Siyasət | Baxış sayı: 78
Bakı
Bakı

"BAV Group" və "Wharton School" analitikləri tərəfindən hazırlanan məlumatı

Azərbaycan dünyanın ən nüfuzlu 50 ölkəsi sırasında yer alıb.

İstiPress-in məlumatına görə, bu barədə "U.S. News" nəşrinin "BAV Group" və Pensilvaniya Universitetinin "Wharton School" analitikləri tərəfindən hazırlanan məlumatında deyilir.

Azərbaycan bu reytinqdə ötən illə müqayisədə mövqeyini dəyişməyərək 45-ci yeri tutub.

Reytinqə ABŞ başçılıq edir, Rusiya ikinci, Çin üçüncüdür. "TOP-5"də həmçinin Almaniya və Böyük Britaniya da var.

Sıralamada İran 13-cü, Türkiyə isə 16-cı yerdədir.

Qeyd edək ki, reytinqdə Gürcüstan və Ermənistan yer almayıb.

Reytinq tərtib edərkən bir sıra amillər - iqtisadiyyat, hərbi güc, siyasi təsir, dünya liderliyi, habelə beynəlxalq alyanslara üzvlük və iştirak nəzərə alınıb.

Sıyahıda ümumilikdə dünyanın 80 ölkəsi yer alıb.