Gürcüstanın ilk qadın prezidenti and içdi - FOTO

16 Dekabr, 2018 17:26 | Siyasət | Baxış sayı: 76

Gürcüstanın 4-cü prezidenti Georgi Marqvelaşvili ilə vida görüşü olub

Bu gün Telavi şəhərində Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi olub.

İstiPress "Newsgeorgia"ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Gürcüstanın 4-cü prezidenti Georgi Marqvelaşvili ilə vida görüşü olub.

Gürcüstanın dövlət bayrağı gətirildikdən sonra Zurabişvili tribunaya çıxıb və əlini konstitusiyasının üzərinə qoyaraq xalqına, millətinə sədaqətlə xidmət edəcəyini, insanların hüquq və azadlıqlarını qoruyacağına, ölkənin demokratik inkişafına sadiq qalacağına and içib.

Mərasimdə aralarında 55 ölkədən 150-dən çox qonağın olduğu 1800-ə yaxın insan iştirak edib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti də andiçmə mərasimində yer alıb.