Sarkisyan gürcülərlə aranı düzəldə biləcək?

16 Dekabr, 2017 09:35 | Siyasət | Baxış sayı: 135
Serj Sarkisyan
Serj Sarkisyan

Erməni prezident ümidlə Tiflisə gedir

Ermənistan prezidenti Serj Sarkisyan dekabrdın sonunda Gürcüstana iki günlük işgüzar səfər edəcək. Səfərin detalları açıqlanmır. Amma ehtimal ki, Ermənistan rəhbəri Tiflisə iki ölkə arasında soyuqlaşan münasibətləri bərpa etmək üçün gedir.

Xatırladaq ki, bir müddət öncə rəsmi Tiflis Ermənistanın səfir postu üçün irəli sürdüyü namizədi təsdiqləməmişdi. Daha sonra isə gürcü tərəfi öz baş nazirlərinin İrəvana planlaşdırılan səfərini ləğv etdi. Cavaxetiyada da vəziyyət gərginləşib. Burada erməni əsilli Gürcüstan sakinləri nümayişlər, mitinqlər keçirir, polislə belə toqquşmaya gedirlər. 

İrəvan isə bu gürcü torpağını Qarabağ ssenarisi ilə Ermənistana birləşdirmək ümidi ilə yaşayır. Bunun üçün də yəqin ki, indi Gürcüstanda Sarkisyanı qucaqlarını geniş açaraq gözləyirlər.