"Qüds gedərsə, Məkkə, Kəbəni də itirərik"

16 Dekabr, 2017 10:40 | Siyasət | Baxış sayı: 144
Kəbə
Kəbə

Ərdoğan xəbərdarlıq etdi

"İndi Qüds üzərindən bütün Yaxın Şərqi, müsəlmanları hədəf alan bir hücum başlayıb. Bircə onu bilirik ki, Qüds əldən gedərsə Mədinəni də, Mədinə gedərsə Məkkəni də qoruya bilmərik". İstiPress-in məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Trampın Qüds qərarına etiraz edən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib. 

"Unutmayaq ki, Qüds demək İstanbul, Şam, Bağdad, Məninə, Qahirə, Cakarda deməkdir. Kəbə demək bütün müsəlmanların qüruru, şərəfi, namusu deməkdir. Bunların heç birindən əl çəkə bilmərik". Prezident deyib ki, Allahın əmri, əcdadların əmanətinə sahib çıxmaq üçün nə gərəkirsə o ediləcək. 

Xatırladaq ki, D.Tramp dekabrın 6-da Qüdsü İsrailin yaxtaxtı kimi tanıdığını elan edib və ölkəsinin səfirliyini bu şəhərə köçürüləcəyini açıqlayıb. Onun bu qərarı bütün dünya dövlətləri tərəfindən etirazla qarşılanıb. Həmas isə prezidentin bölgədə "cəhənnəm qapılarını" açdığını elan edərək Fələstin xalqını ayağa qalxmağa çağırıb. 

Trampın qərarına etiraz olaraq İstanbulda bir neçə gün öncə İƏT ölkələrinin fövqəladə sammiti keçirilib.