Prezident miqrantları "yıxıb-sürüdü": "Pislərin pisi gəlir"

16 Dekabr, 2017 10:12 | Siyasət | Baxış sayı: 169
"Green kard"
"Green kard"

Tramp ABŞ-da yaşamaq hüququ verən loteranı ləğv etməyə çağırdı

“Qrin-kart” lotereyası vasitəsilə ABŞ-a gələnlər "pislərin ən pislərdirlər". İstiPress-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib. 

Bu yolla gələn miqrantları "pislərin pisi" adlandıran prezident adıçəkilən sisteminin ləğvinə çağırış edib. Tramp bu bəyanatla ötən gün Vircinyada Federal Təhlükəsizlik Bürosunun Milli Akademiyasındakı çıxış edib.

"Bu lotoreyadır. İnsanları siz seçirsiniz. Elə hesab edirsiniz ki, ölkə sizə yaxşı adamları verir? Yox. Bu nə sistemdir? Onlar lotoreya sayəsində ölkəyə gəlirlər. Onlar bizə ən pis adamlarını verirlər, onları "zibil" kimi atırlar". 

Tramp bu sistemin ləğvini çoxdan təklif edir. O, hər il minlərlə adama ABŞ-da yaşayıb, işləmək hüququ verən "yaşıl kart"ı (green card) fəaliyyətə əsaslanan miqrasiya xidməti ilə əvəz etməyə çalışır. 

Dediklərinə əsas olaraq o ölkədə törədilən son iki terror aktını xatırladıb. Prezident deyib ki, Nyu-Yorkdakı terroru törədənlər də məhz bu yolla gəliblər.