İsa peyğəmbərin şəhərində Milad ləğv edildi

16 Dekabr, 2017 10:58 | Siyasət | Baxış sayı: 221
Nazaret
Nazaret

Buna səbəb Trampın qərarı olub

İsa peyğəmbərin şəhərində Milad bayramı ləğv edildi. İstiPress-in məluma tına görə, Nazaret şəhərinin meri Əli Salam bu barədə məlumat verib. Onun sözlərinə görə, bu ilki bayram tədbirinin ləğvinə səbəb Trampın Qüdslə bağlı verdiyi qərar olub. 

"Trampın qərarı bayram sevincini pozub. Bunun üçün də bu ilki bütün tədbirlər ləğv edilib", deyə şəhər meri bildirib. 

İncilə görə, İsa Peyğəmbərin doğuş xəbəri məhz bu şəhərdə Müqəddəs Məryəmə verilib. Xilaskarın uşaqlıq və gənclik illəri də burada keçib. 

Dekabrın 6-da ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanaıyıb. Bu qərar İsrail tərəfindən sevinclə qarşılansa da, dünya bu addıma qarşı etiraz edib. Xüsusilə ərəb ölkələri Trampın qərarını hiddətlə qarşılayıblar.