Erməni alverinin əsasları

16 Dekabr, 2017 11:23 | Siyasət | Baxış sayı: 191
Eşşək
Eşşək

Eşşək əti yemək olar, Azərbaycan alması isə....

İrəvan sakinlərinə Yeni il süfrələrini qoyun əti adı altında eşşət əti ilə bəzəmək təklif edilir. Vətəndaşların müraciətləri işbazların bu fırıldağının üstünü açmağa kömək edib. Həbs edilənlər olub və bir tona yaxın eşşək, at əti götürülüb.

Şahidlərin sözlərinə görə, ətlərin satışı bir neçə gün davam edib. Alver də yaxşı gedib.  Yoxsul paytaxt sakinlərini görünür ki, nisbətən ucuz qiymət çox qane edib. Amma elə cinayətin üstü də onların sayəsində açılıb.

İrəvan mağazalarından birində Azərbayacan konfetləri, ölkəmizdən gedən almalar tapılanda görünməmiş qalmaqal olmuşdu. Onlarla yoxlama komissyası təşkil edilib, xüsusi yoxlamalar aparılıb. Ölkə rəhbərliyi təntənəli çıxışlar edib, and aman edilib ki, heç bir Azərbaycan məhsulu Ermənistanın starteji maraqlarına ziyan vurmaq üçün sərhəddən keçə bilməyəcək. 

Erməni ticarətinin əsası belədir  - yerli eşşək ətini alıb yemək olar. Amma Azərbaycan konfetləri, almasını heç vaxt. Axı bunlar çox stareji məhsuldurlar. Bütün ermənilərə ziyan vura bilər.