Ərəb şeyxləri Ermənistana kömək etməyə qərar veriblər

16 Dekabr, 2017 13:54 | Siyasət | Baxış sayı: 1261
Səudiyyə ordusu hərbi təlim zamanı
Səudiyyə ordusu hərbi təlim zamanı

Erməni qəzetləri ərəb şahzadənin erməni əsilli olduğunu yazır

Bir neçə ərəb şahzadəsi və onların oğulları artıq üç gündür ki, Ermənistanın oliqarx siyasətçisi Qaqik Sarukyanın qonağıdır.

İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan "Qraparak" qəzeti məlumat yayıb. 

Qəzetin yazdığına görə, gələn qonaqlar arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti şeyx Zahid əl-Nahayyanın böyük oğlu da var.  

"Qraparak"ın yazdığına görə, ərəb şeyxləri Ermənistan iqtisadiyyatını dəstəkləmək üçün sərmayə qoymağa qərar veriblər. Həmçinin qəzet bildirir ki,  ərəb şeyxləri İrəvandakı qohumlarını görməyə gəliblər.

Xəlifə ibn Zahid əl-Nahayyan - Əbu-Dabi əmiri, BƏƏ prezidenti
Xəlifə ibn Zahid əl-Nahayyan - Əbu-Dabi əmiri, BƏƏ prezidenti

Qeyd edək ki, müxtəlif erməni mənbələri iddia edirlər ki, indiki Əbu-Dabi əmiri, BƏƏ prezidenti şeyx Xəlifə ibn Zahid əl-Nahayyanın ana tərəfi ermənidir. Bu xətlə onlar həm də Səudiyyə kralı Samanla da qohumdurlar, erməni mətbuatı kral Salmanın da anasının erməni olmasından yazırlar. 

Erməni mətbuatının yazdığına görə, Səudiyyə krallığının əsasını qoymuş Abdel Əziz ibn Saud 1915-ci ildə başlamış erməni qiyamı zamanı Türkiyədən qaçmış erməni qızı ilə evlənib.

Ərəb şeyxlərinin Ermənistana sərmayə yatırması bu ölkənin gücləndirilməsi deməkdir ki, bu da, dolayısı ilə, Qarabağın Ermənistan ordusu tərəfindən işğalına dəstək verməsidir.