Vuçiçin ürəyinin fəaliyyətində problemlər yaranıb
Serbiya Prezidenti Aleksandar Vuçiç ürəyində yaranmış problemlər səbəbindən xəstəxanaya yerləşdirilib. Bu barədə Serbiya Prezidentinin mətbuat xidməti məlumat yayıb. “Prezident Aleksandar Vuçiç noyabrın 15-də axşam saatlarında kardiovaskulyar problemlər səbəbindən Belqraddakı Hərbi Tibb Akademiyasına yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Hələlik 49 yaşlı serb liderinin səhhəti barədə məlumat verilmir. Serbiyanın Müdafiə naziri Aleksandar Vulinin sözlərinə görə, Vuçiç ölkənin rifahı üçün çox çalışır, səhhətini qorumur və həkimlərin məsləhətlərinə əhəmiyyət vermirdi.
Səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib
XİN xarici siyasət idarələrinin rəhbərinin görüşü haqqında məlumat yaydı
Prezident növbədənkənar seçkilərin vaxtı barədə sərəncam imzalayıb
Müdafiə naziri cəbhəboyu zonadakı tikintinin gedişi ilə şəxsən tanış olub
Ümumilikdə seçkidə 4 azərbaycanlı namizəd var idi