Nazir yeni rəisi təqdim etdi

16 Noyabr, 2019 16:07 | Siyasət | Baxış sayı: 166
Yeni rəis iş başında
Yeni rəis iş başında

Əlaslan Ağayev İnterpolun Milli Mərkəzi Bürosuna rəhbərlik edəcək

Polis polkovniki Əlaslan Ağayev Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib. Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmr imzalayıb. 

DİN-dən verilən məlumata görə, bu gün V.Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək polis polkovniki Ə.Ağayevi şəxsi heyətə təqdim edib.

Nazir yeni rəisə xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib.