Düşmən Qubadlıdan Ordubad ərazisinə raket atdı

16 Oktyabr, 2020 13:57 | Siyasət | Baxış sayı: 150

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

İstiPress-ə bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.