Ərdoğan dünyaya meydan oxudu: "Qətliam görmək istəyən Qarabağa baxsın"

16 Oktyabr, 2019 14:25 | Siyasət | Baxış sayı: 401
R.T. Ərdoğan
R.T. Ərdoğan

"Kilsədən snayperlərlə atəş açırlar. Niyə?"

"Ey Qərb, ey Ərəb Dövlətləri Liqası, ey azacıq da olsa vicdan və əxlaqa sahib ölkələr! Hamınıza müraciət edirəm, dövran belə qalmayacaq, dönəcək”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnkişaf və Ədalət Partiyasının (AKP) parlamentdəki farksiyasının genişlənmiş toplantısında bildirib. O, Türkiyəni qətliamda ittiham edənləri də qınayıb, onları vicdanı qaralmışlar adlandırıb. 

"Türkiyə tarixinin heç bir mərhələsində dinc sakinlərin qətliamını həyata keçirməyib və keçirməz. Mülkilərin qətliamını görmək istəyirsinizsə Əfqanıstana, Arakana, Dağlıq Qarabağa, Bosniyaya baxın. Türkiyəni qətliamda ittiham edənlərin gözü kor, qulağı kar, ürəyi daş, vicdanı qaralıb deməkdir". 

O, türklərin əxlaqının, inanclarının buna izin vermədiyini xatırladıb və ittiham edənlərin özlərinin tarixinin qətliamlarla bol olduğunu qeyd edib. "Keçən dəfə Makrona da (Fransa prezidenti Emanuel Makron) dedim. Ruandada, Əlcəzairdə yüz minlərlə insanı qətlə yetirən siz deyilsiniz? Güzgüyə baxın, güzgüyə". 

O, qeyd edib ki, bu gün dünyada Türkiyə qədər genişmiqyaslı terrorla mübarizə əməliyyatı aparıb, Türkiyə qədər təmiz iş görən ölkə yoxdur.

"Kilsədən snayperlərlə atəş açırlar. Niyə? Kilsəni vuraq deyə. Amma biz kilsəni vurmadıq. çünki ora ibadət yeridir. Bu qədər həssasıq. Suriya xalqına qarşı yox, Suriya xalqı ilə birlikdə zalımlara qarşı mübarizə aparırıq".