Azərbaycandan gedən Ərdoğan Putinlə danışdı

16 Oktyabr, 2019 10:20 | Siyasət | Baxış sayı: 70
Putin və Ərdoğan
Putin və Ərdoğan

Putin Türkiyə prezidentini Rusiyaya dəvət edib

Ötən gün Azərbaycana səfəri bitən və Suriyada əməliyyata başlamaqla bütün dünyanın diqqətini üzərinə cəlb edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putinə arasında telefon danışığı olub. 

İki liderin əsas müzakirə mövzusu Suriyadakı "Barış pınarı" əməliyyatı və regional məsələlər olub. 

Ərdoğan telefon danışığı zamanı əməliyyatın Suriyanın ərazi bütövlüyünü qoruyacağını, eləcə də siyasi həll prosesinə tövhə verəcəyini deyib. 

Kremlin məlumatına görə, Putin türkiyəli həmkarını Rusiyaya səfər dəvət edib. Türkiyə dövlət başçısı da dəvəti qəbul edib.