Qarabağ qazisi Etimad Əsədov dəfn olundu... - FOTO

16 Oktyabr, 2018 16:59 | Siyasət | Baxış sayı: 238
Qarabağ qazisi Etimad Əsədovun dəfni
Qarabağ qazisi Etimad Əsədovun dəfni

Dəfndə hakimiyyət və müxalifət təmsilçiləri bir yerdə olub

Bu gün səhər saatlarında vəfat edən Qarabağ Qazilər Birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədovla vida mərasimi keçirilib. 

İstiPress-in məlumatına görə, məclisdə Əsədovun döyüş yoldaşları, dostları, Müdafiə Nazirliyinin əməkdaşları, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov, Klassik Xalq Cəbhəsi Partiyasının lideri, keçmiş millət vəkili Mirmahmud Mirəlioğlu, Ümid Partiyasının sədri, keçmiş millət vəkili İqbal Ağazadə, keçmiş deputat Pənah Hüseyn  və başqaları iştirak ediblər. 

Qazinin cənazəsi Fatmayı qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, E.Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi. 

Qarabağ qazisi Etimad Əsədovun dəfni
Qarabağ qazisi Etimad Əsədovun dəfni
Qarabağ qazisi Etimad Əsədovun dəfni
Qarabağ qazisi Etimad Əsədovun dəfni
Qarabağ qazisi Etimad Əsədovun dəfni
Qarabağ qazisi Etimad Əsədovun dəfni