Prezidentlərin görüşü barədə RƏSMİ AÇIQLAMA - YENİLƏNİB, FOTO

16 Oktyabr, 2017 17:05 | Siyasət | Baxış sayı: 810
İlham Əliyev və Serj Sarkisyan
İlham Əliyev və Serj Sarkisyan

Cenevrədə prezidentlərin Minsk qrupunun həmsədrlərinin iştirakı ilə də görüşü olub

Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıb.

XİN-dən İstiPress-ə daxil olan bəyanatda deyilir: "Ermənistan Respublikasının Prezident Serj Sarkisyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cenevrədə, İsveçrə zirvə görüşü keçirdilər. ATƏT Minsk Qrupunun həmsədrlərinin (İqor Popov  Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Şofer Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak etdilər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatıldı.

Görüş konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər".  

Saat 15:25

Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə, Serj Sarkisyanın təkbətək görüşü başlayıb. İstiPress-in məlumatına görə, görüş barədə Sarkisyanın mətbuat xidmətinn rəhbəri Vladimir Akaopyan məlumat verib. O, "Twitter" səhifəsində dövlət başçılarının tet-a-tet görüşündən foto da yerləşdirib. 

Saat 14:42

Cenevrədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

İstiPress-in məlumatına görə, görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. 

9
9