Xələf Xələfov: "Ermənistan müstəqil dövlət deyil"

16 Sentyabr, 2020 17:59 | Siyasət | Baxış sayı: 39
Xələf Xələfov - Xarici İşlər nazirinin müavini
Xələf Xələfov - Xarici İşlər nazirinin müavini

”Son birgə genişmiqyaslı hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordusunun hazırlığına mühüm töhfələr verib. Ölkələrimiz beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir”.

İstiPress-in məlumatına görə, bunu “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, Ermənistan müstəqil dövlət deyil:

“Havadarları onlara nə deyirlərsə, onu yerinə yetirmək üçün addımlar atırlar. Əminəm ki, Azərbaycanın işğal olunmuş torpaqları yaxın vaxtlarda işğaldan azad olunacaq”.