Türkiyənin vitse-prezidenti Bakıda

16 Sentyabr, 2019 08:58 | Siyasət | Baxış sayı: 30
Səfər
Səfər

"Hədəfimiz əlaqələri daha da inkişaf etdirməkdir"

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

Qonaq Azərbaycanla siyasi və iqtisadi əlaqələrimiz çoxşaxəli olduğunu deyib. “Bir millət, iki dövlət” kəlamı hər sahədə əməkdaşlığımızda özünü göstərir. Hədəfimiz bu əlaqələri daha da inkişaf etdirməkdir. Fuat Oktay bildirib ki, Azərbaycanda sabitliyin artması Türkiyəni nə qədər xoşbəxt edirsə, Türkiyədə olan əmin-amanlığın da azərbaycanlıları o qədər sevindirir. "İki ölkə olaraq biz birlik və bərabərlik içindəyik”.