Erməni cinayətkar azad edildi, rus deputatlar hiddətləndi

16 Sentyabr, 2019 13:38 | Siyasət | Baxış sayı: 216
Qətlə yetirilən şəxs
Qətlə yetirilən şəxs

Dumanın deputatları Aqanyanın işini nəzarətə götürdülər

Rusiyanın xüsusi təyinatlısı Nikita Belyankinanın qətlində şübhəli bilinərək həbs edilən erməni Qurqen Aqanyan 40 gündən sonra sərbəst buraxılıb. Bu işə Rusiyanın Dövlət Duması da qarışıb. Deputatlar cinayət işini nəzarət altına götürüblər. Onlar nə üçün belə təhlükəli cinayət törədən şəxsin azadlığa buraxıldığını müəyyən etmək niyyətindədirlər. 

Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyan "Vzqlyad"a açıqlamasında Aqanyanın azad ediməsinin Rusiyanın qəzəbinə səbəb olacağını etiraf etməli olub. Bundan başqa o əlavə edib ki, Rusiya cinayətkarın azad edilməsinin siyasi motivləri olduğunu düşünə bilər. Bu isə İrəvanla Mosvanın onsuz da yaxşı olmayan ikitərəfli münasibətlərinə təsir edəcək.