Dünyanın gözü Türkiyədə - kritik görüş YENİLƏNİB

16 Sentyabr, 2019 15:20 | Siyasət | Baxış sayı: 207
Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani
Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani

Putin, Ərdoğan və Ruhani nədən danışacaq?

Həsən Ruhanidən sonra Rusiya lideri Vladimir Putin də Ankaraya gəlib. Prezidentin təyyarəsi qısa müddət öncə Ankara Esenboğa hava limanına eniş edib. 

Ərdoğanla Ruhani arasında görüş 2 saata yaxın davam edib. Qısa müddət sonra Putinin də iştirakı ilə üçtərəfli zirvə toplantısı başlayacaq.

Xatırladaq ki, bu İran, Rusiya və Türkiyə prezidentlərinin sayca 5-ci görüşüdür. 

Saat 13:14

Bu gün Rusiya, Türkiyə və İran prezidentlərinin sammiti olacaq. Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani Türkiyədə bir araya gələcəklər. Görüşün əsas müzakirə mövzusu Suriyadakı vəziyyətdir. 

Həsən Ruhani artıq Çankaya iqamətgahına gəlib. Onun türkiyəli həmkarı qarşılayıb. Liderlər arasında ilk olaraq ikitərəfli görüş keçeiriləcək.

Bir neçə saatdan sonra Putin də Çankaya iqamətgahında olmalıdır.