Tramp Qrenlandiyanı almaq istəyir

16 Avqust, 2019 09:53 | Siyasət | Baxış sayı: 48
Donald Tramp
Donald Tramp

Prezident müşavirlərinə sullar ünvanlayıb

ABŞ prezidenti Donald Tramp bir neçə dəfə dünyanın ən böyük adasını, Danimarkaya məxsus olan Qrenlandiyanı almaqla maraqlanıb. 

Bu barədə "The Wall Street Journal"ı Ağ evə istinadla yazıb. Məlumata görə, amerikalı lider dəfələrlə planetin ən böyük adasının alınması ilə bağlı müşavirlərinə suallar ünvanlayıb. 

Müzakirələr zamanı o Qrelandiyanın təbii ehtiyatları, onun geosiyasi əhəmiyyəti haqqında çıxışları da çox diqqətlə dinləyib. 

Nəşrin məlumatına görə, ABŞ prezidenti hüquq məsləhətçilərinə layihə ilə bağlı ekspertiza aparmağı da tapşırıb.