Paşinyanın əsas adamı niyə vuruldu?

16 Avqust, 2019 20:14 | Siyasət | Baxış sayı: 161
Paşinyan
Paşinyan

Baş nazirin mətbuat xidmətinin səssiz cavabı

Erməni qəzeti Paşinyanın əsas müşavirinin işdən çxıarılmasının səbəbini müəyyən edib - Arsen Qasparyanın müaşvir postundan qalmaqallı istefasının səbəbəi sərmayəçilərə münasibəti olub.

Hakimiyyətdə məhz onun davranışına görə sərmayəçilərin ümumiyyətlə Ermənistanı tərk etməsindən şübhələnirlər. Görünür ki, söhbət biznesmenləri məcbur edilıdiyi böyük rüşvətdən gedir.

Bu Qasparyan uzun illər ABŞ-da, Çində yaşayıb. Paşinyan inqilabından sonra ölkəsinə qayıdıb və özünü xalq tribunu adlandıran şəxsin əsas müşaviri olub. "Sputnik" agentliyi yazır ki, bu istefa barədə baş nazirin mətbuat xidmətindən şərh almağa çalışb. Lakin suallar cavabsız qalıb. Bu zaman jurnalislər başqa sual ünvanlayıblar – onu Paşinyan özü işdən çıxarıb, yoxsa müşavir özü ərizə yazıb? Cavab yenə də səssizlik olub.

Agentlik belə nəticə çıxaıb ki, Paşinyan hakimiyyətində bir kölgə iqtisadiyyatı dairəsi var. Rüşvətin elmi adı belədir. Bununla isə çox adam məşğul olur.