Ermənistana əsas zərbə anı yaxınlaşır

16 Avqust, 2019 18:14 | Siyasət | Baxış sayı: 2713
Azərbaycanın S-125 zenit-raket komplekslərindən atəş
Azərbaycanın S-125 zenit-raket komplekslərindən atəş

Növbəti “aprel döyüşlərində” Azərbaycana dəstək daha yüksək olacaq

Erməni KİV-ləri Nikol Paşinyanın indiyə kimi ABŞ prezidenti Donald Trampla görüşə nail ola bilməməsindən yazırlar.

İstiPress-in məlumatına görə, bu fikir “ArmenianReport»da bu gün dərc olunmuş məqalədə xüsusi vurğulanır.

“Bizim ölkəyə münasibət pis istiqamətə doğru dəyişir. Məsələn, indiyə kimi Donald Trampla Nikol Paşinyan arasındatam keyfiyətli görüş olmayıb”,- deyə məqalədə vurulanır.    

Eyni fikir Rusiyanın ermənipərəst “Regnum” portalı tərəfindən də vurğulanır. Portalın analitiki Stanislav Tarasovun fikrincə, Ermənistanın dövlət sistemində müşahidə olunan sarsıntılar nə Qərbin, nə də Rusiyanın marağına səbəb olmur.

“Doğrudur, Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə şəxsən Paşinyanla görüşüb. Amma Ermənistan baş naziri indiyə kimi Tramp tərəfindən belə şərəfə nail olmayıb”,- deyə Tarasov qeyd edib.

ArmenianReport” bunun əksinə Azərbaycanın Qərb üçün önəminin artdığını bildirir. “ABŞ tərəfindən Azərbaycan üçün hərbi yardımın ölçüsü artır. Amma bizim düşmənə yalnız Amerika kömək etməklə qalmır. Azərbaycanın Dövlət Sərhəd Xidməti tanınmış Britaniya istehsalçısından snayper silahları alıb… Yəhudi dövləti də Azərbaycanı silahlandırmaqda davam edir”,- deyə portalın əməkdaşı Hraçya Qalustyan 2016-cı ilin aprel döyüşlərində  Azərbaycanın tərəfini tutduğunu xatırlayır. Onun yazdığından belə anlaşılır ki, növbəti “aprel döyüşlərində” Qərbin Azərbaycana dəstəyi daha yüksək olacaq.

Politoloq Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu

Azərbaycanlı politoloq Elxan Şahinoğlu isə erməni cəmiyyətinin daxilində gedən prosesləri izləyərək, növbəti “aprel döyüşləri” üçün məqamın yaxınlaşdığını bildirir:   

“Erməni saytlarını izləyirəm, Azərbaycan sərhədçilərinin Qazax istiqamətində yüksəklikləri ələ keçirməsi barədə bir cümlə belə yoxdur. Tutalım ki, Ermənistan hakimiyyəti bunu gizlətməyə çalışır, bəs baş nazir Paşinyana müxalif olan partiyalar və media qurumları niyə məsələyə aydınlıq gətirməyə çalışmırlar? Bu əslində bizə də yol göstərir. Ermənilər eyni ilə Lələtəpəninin və Naxçıvandakı ərazilərin itirilməsinə də seyrçi qaldılar, reaksiya vermədilər. Demək, gələcəkdə daha böyük əraziləri itirsələr yenə reaksiya verəcək halları olmayacaq. İstifadə etməliyik!”- deyə Elxan Şahinoğlu sosial şəbəkədə vurğulayıb.