Bu ölkənin prezidentinin qohumundan etiraf - canavardır...

16 Avqust, 2019 13:54 | Siyasət | Baxış sayı: 121
Bəşər Əsəd
Bəşər Əsəd

Müxalif qohum babalarının sirrinin üstünü açıb

Suriya prezidenti Bəşər Əsədin yaxın qohumlarından biri onun soyadı ilə bağlı heç kimin bilmədiyi sirrin üstünü açıb. Dövlət başçısının əmisi oğlu babalarının soyadlarını dəyişdiyini deyib.

Müxalif qohum Firas Əsəd sosial mediadakı hesabında babalarının şəxsiyyətini təsdiq edən məlumatları paylaşıb və gerçək soyadlarının "Vahş" olduğunu qeyd edib. 

O bildirib ki, babaları Əli Əsədin soyadı ərəb dilindən "canavar" mənasına gələn "vahş" olub. Lakin o bu soyadı "Əsəd"ə çevirib. Bu sözün mənası isə "aslan" deməkdir. "Hamı sürətlə paylaşsın və saxlasın. Şikayətlərə görə foto silinə bilər", deyə o fotonu şərh edib.