Səfərbərlik Xidmətinə müraciət edənlərin içində qadınlar da var

16 İyul, 2020 15:47 | Siyasət | Baxış sayı: 214

"Azərbaycan Silahlı Qüvvələrinə könüllü xidmətə getmək istəyənlər sırasında xanımlar da var".

İstiPress-in məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, hazırda qeydiyyat üçün xidmətin aidiyyəti şöbə və bölmələrinə müraciətlər daxil olmaqdadır: "Bu gün dörd mindən artıq şəxs müraciət edib. Onların içərisində xanımlar da var. Ümumi müraciət edənlərin yaş həddi müxtəlifdir".