Prezident məşhur memarı təltif edili

16 İyul, 2019 12:06 | Siyasət | Baxış sayı: 61
Rasim Əliyev
Rasim Əliyev

Rasim Əliyevin iyulun 16-da 85 yaşı tamam olur

Prezident İlham Əliyev Rasim Əliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, sərəncamla Azərbaycanda memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rasim Həsən oğlu Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, R.Əliyevin iyulun 16-da 85 yaşı tamam olur.