Ermənistanda daşnaklar yeni inqilab hazırlayır

16 İyul, 2019 14:23 | Siyasət | Baxış sayı: 333
Nikol Paşinyan
Nikol Paşinyan

İnsanlar meydanlara çıxacaqlar və qışqıracaqlar – “Nikol, get!”

Nə qədər ki, baş nazir Nikol Paşinyan və onun komandası öz vətəndaşlarının başını iqtisadiyyatda hamını doyuracaq inqilab, xəzinadarlıqda tam oğurluğu aradan qaldıracaq islahatlar barədə nağıllar  ilə qatırlar, ölkədə müxafilət formalaşır. Onlar sadəcə bir şey istəyirlər - Nikol Paşinyandan qurtulmaq.

Birinci yerdə daşnaklar gedir. Onlar əvvəlcə bu xalq natiqini dəstəkləyirdilər, sonra belə qərara gəldilər ki, o, boş adamdır. Daşnakustyun, “Çiçəklənən Ermənistan” və “İrs” partiyalarının görüşü məhz bununla bağlı olub. 

Ermənistan KİV-ləri yazır ki, görüşdə ölkədəki bu günkü durum müzakirə edilib, yanaşmalar və əməkdaşlıq imkanları dəqiqləşdirilib. Əsas hədəfin hakimiyyətin dəyişməsi olduğu vurğulanıb. Demək olar ki, bütün nəşrlər qeyd edir ki, müxalifət Paşinyana çox gərgin yay təşkil etmək niyyətindədir.

Gözlənilir ki, onlarda bir zaman aparıcı partiya olmuş Respublika Partiyası da qoşulacaq. Onlar yaxşı anlayırlar ki, ordu və güc strukturlarının dəstəklədiyi Paşinyanın komandası ilə təkbaşına bacarmazlar. Buna görə onlar bir yerdə olmalıdırlar və öz fəaliyyətlərini əlaqələndirməlidirlər.

Özü də hakimiyyətin reytinqi çox düşüb. Əvvəlcə Paşinyanın komandasını 80 faiz dəstəkləyirdilər, indi dəstəkləri 50 faizə düşüb. Bu rəqəm Amerikanın və respulikanfn beyin mərkəzləri  tərəfindən açıqlanıb, həmçinin reytinq gündən-günə düşür.

Narıncı inqilab günlərində xalq Sarkisyana “Get!” deyə tələb etdi və o da getdi. Belə tale indiki baş nazir üçün payızda - iqtisadi iflaslardan, Rusiya qazının  qiymətinin qalxmasından sonra gözlənir. Həm də Paşinyanın Qarabağ münaqişəsinin həlli üzrə məsuliyyəti boynuna götürməməsi də bunu sürətləndirir, çünki bu münaqişə həll olunmadan iqtisadi problemlər də həll olunmayacaq. Gec-tez insanlar meydanlara çıxacaqlar və qışqıracaqlar – “Nikol, get!”