Angela Merkel himni yenə oturaraq dinləyib

16 İyul, 2019 16:25 | Siyasət | Baxış sayı: 122

Dövlət başçılarının himnləri oturaraq dinlədiyi ikinci haldır

Almaniya kansleri Angela Merkel protokol qaydalarına zidd olaraq dövlət himnini oturaraq dinləyib.

İstiPress TASS-a istinadən xəbər verir ki, bu, Moldovanın baş naziri Maya Sandu ilə görüşdə baş verib.

Protokol qaydaları üzrə himnin dinlənməsi zamanı onlar musiqini oturaraq dinləyib.

Bu, artıq protokol dəyişikliyinə yol verilən - dövlət başçılarının himnləri oturaraq dinlədiyi ikinci haldır. Bundan əvvəl Almaniya kansleri Berlində Danimarkanın baş naziri Mette Frederiksenlə görüşdə himni oturaraq dinləyib.