Rus şirkətindən Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat - FOTO

16 İyun, 2019 17:49 | Siyasət | Baxış sayı: 227
Moskva
Moskva

Dağlıq Qarabağ Ermənistan ərasizi kimi göstərilib

Rusiya Federasiyasının "Ural hava yolları" şirkətinin rəsmi mətbuat orqanı olan "UAM" jurnalında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verib.

İstiPress-in məlumatına görə, jurnal öz səhifəsində "Günəşli Ermənistana vertolyot turları" adlı reklam yerləşdirilib. Reklamda Dağlıq Qarabağ Ermənistan ərasizi kimi göstərilməklə yanaşı, həm də işğal edilmiş ərazilərə vertolyot turlarının təşkili də qeyd edilib.

Qeyd edək ki, "Ural hava yolları" şirkəti Azərbaycanla da yaxından əməkdaşlıq edir və Bakı, Gəncə və Lənkərana müntəzəm hava ucuşları həyata keçirir.