Qurtuluş gününü xüsusi coşqu ilə qeyd edən rayon

16 İyun, 2019 13:54 | Siyasət | Baxış sayı: 209

Rəsmi mərasim və konsert keçirilib

Qubada Milli Qurtuluş günü xüsusi coşqu ilə qeyd olunub.

İstiPress-in şimal bürosunun məlumatına görə, əvvəlcə Quba rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, ziyalı və sakinlər Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edib, abidə önünə tər gül və əklillər qoyulub.

Azərbaycanın 26 illik Milli Qurtuluş günü şəhərdə yeni təmir olunmuş M.P.Vaqifin adını daşıyan küçədə davam edib. İcra başçısı Ziyəddin Əliyev düz 26 il bundan əvvəl xalqın tələbilə təkrar hakimiyyətə gələn Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan xalqı Heydər Əliyevə öz xilaskarı kimi baxır:

"Hər bir yaşlı Quba sakini də o ağır, vətəndaş müharibəsi başlamaqda olan dövrü yaxşı tanıyır. Əgər Heydər Əliyev gəlməsəydi, xalq fəlakət yolundaydı və bu günki azad, firəvan həyatımız olmazdı" deyən Ziyəddin Əliyev bu çətin məqamların yeganə xilaskarı Heydər Əliyevin qədrbilən xalq tərəfindən unudulmadığını, Qubada da həmişə hörmətlə anıldığını bildirib.

Sonra Milli Qurtuluş gününə həsr olunmuş geniş konsert proqramı tamaşaçılara ərmağan olunub.