Moskvada Fuad Abbasova dəstək aksiya keçirilib - FOTO

16 İyun, 2019 14:55 | Siyasət | Baxış sayı: 175
Fuad Abbasov
Fuad Abbasov

Həbsdə saxlanılmasına etiraz edirlər

Rusiyanın paytaxtı Moskvada azərbaycanlılar bu ölkədə həbsdə olan jurnalist Fuad Abbasovla bağlı Arbitiraj Məhkəməsinin qarşısında keçirilən aksiyaya qoşulublar.

İstiPress-in məlumatına görə, soydaşlarımız aksiyaya Fuad Abbasovun fotoları ilə qatılıblar.

Rusiyada Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təsiscilərindən olan Ramiz Mikayılov "Report"un Rusiya bürosuna açıqlamasında aksiyaya qoşulmağın məqsədindən danışıb.

"Aksiyaya qoşulmaqda məqsədimiz Rusiyada həbsdə saxlanılan azərbaycanlı jurnalist barədə səsimizi bu ölkənin içtimaiyyətinə çatdırmaq və Fuad Abbasovun Azərbaycana göndərilməsini tələb etməkdən ibarətdir" - deyə o bildirib.

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F.Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. O, iki dəfə öz hesabına bilet alsa da, jurnalisti Azərbaycana deportasiya etməyiblər.