Cəbhə xəttində son vəziyyət

16 İyun, 2019 10:21 | Siyasət | Baxış sayı: 157
Qoşunların təmas xəttində atəşkəs pozuntusu
Qoşunların təmas xəttində atəşkəs pozuntusu

Mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub.

IstiPress-ə Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Acarlı, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.