Yeni savaşın bir addımlığında

16 May, 2019 12:59 | Siyasət | Baxış sayı: 290
İran ordusu
İran ordusu

"Onlar içi boş sümük yığınından ibarətdirlər"

"Düşmən tam gücündən bizimlə qarşı-qarşıya gəlmək üçün istifadə etməkdədir. Bu müddət İran inqilabının taleyini müəyyən edəcək". Bu sözləri İran İnqilab Keşikçilərinin baş komandanı general Hüseyn Səlami deyib. O, ABŞ və müttəfiqləri ilə yeni savaşın bir addımlığında olunduqlarını deyib. 

Generalın sözlərinə görə, İslam inqilabçıları heç olmadığı qədər həssas bir zamandan keçirlər. O, ABŞ-ın regionda hərbi gərginliyi yüksəltməyə yönəlmiş addımlarını da dəyərləndirib. "Düşmənlə qarşı-qarşıya gəlməyin ən üst nöqtəsində dayanırıq. Xaricdən görünən o güc və heybətlərinə rəğmən onlar içi boş sümük yığınından ibarətdirlər". 

Qeyd edək ki, ABŞ Dövlət Departamenti ötən gün İranla gərginlik artdığı üçün İraqdakı təcili vəzifəsi olmayan diplomatlarına ölkəni tərk etmək təlimatı verib.