Tramp: "İran tezliklə..."

16 May, 2019 09:43 | Siyasət | Baxış sayı: 183
Donald Tramp
Donald Tramp

ABŞ prezidenti yenə təkzib verməli oldu

ABŞ Prezidenti Donald Tramp rəsmi Tehranın yaxın vaxtlarda Vaşinqtonla danışıqlar aparmaq istəyəcəyinə əminliyini bildirib.

D.Tramp "Washington Post" və "New York Times"ın onun barəsində yazdıqları, Yaxın Şərqdəki güclü siyasətinə görə daxili mübarizə barəsində "yalan xəbərlər"lə razılaşmayıb.

"Müxtəlif fikirlər bildirilir və mən sərt və qəti qərarı qəbul edirəm – bu, çox sadə prosesdir". O, əlavə edib ki, rəsmi Tehran tezliklə ABŞ-la danışıq aparmaq istəyəcək. Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, İran dini lideri ayətullah Əli Xamenei deyib ki. bu günki mövqeyindən əl çəkmədiyi müddətdə ABŞ ilə müzakirələr zəhərdir. Xamenei İranın ABŞ-la savaş istəmədiyini və bu mübarizənin "iradələrin çarpışması" olduğunu deyib. O, İranın iradəsinin daha güclü olduğunu da qeyd edib. "İranın qəti seçimi ABŞ-a qarşı mübarizədir və bu mübarizədə ABŞ geri addım atmağa vadar olacaq. Bu hərbi mübarizə deyil. Çünki savaş olmayacaq.