Merkel siyasətdən gedir

16 May, 2019 20:02 | Siyasət | Baxış sayı: 62
Angela Merkel
Angela Merkel

Artıq Xristian-Demokrat Partiyasının sədrliyindən gedib

Almaniya Kansleri Angela Merkel Nazirlər Kabinetinə rəhbərlik edəcəyi vaxtın başa çatmasından sonra siyasətlə məşğul olmayacağını bəyan edib.

İstiPress-in məlumatına görə, A.Merkel 2021-ci ildən sonra siyasətdən gedəcəyini təsdiq edib.

A.Merkel deyib: "Səlahiyyət müddətim başa çatdıqdan sonra siyasətlə məşğul olmaq niyyətim yoxdur. Ötən ilin sonunda mən öz planlarım barədə məlumat vermişdim".

2018-ci ilin sonunda A.Merkel Xristian-Demokrat Partiyasının sədrliyindən getsə də, kansler postunu tərk etməyib.