ABŞ Ermənistanın pəncərəsini bağladı

16 May, 2019 18:36 | Siyasət | Baxış sayı: 160
Tramp yanına yaxınlaşıb salam verən Paşinyana fikir verməyib
Tramp yanına yaxınlaşıb salam verən Paşinyana fikir verməyib

Erməni baş nazirin anti-Amerika çıxışları ABŞ-ı narazı salıb

Ermənistan baş naziri Nikol Paşinyanın İrəvandakı ABŞ səfiri ilə görüşü o qədər də xoş keçməyib. Bunu öz mənbələrinə istinadla “Qraparak” qəzeti yazır.

Vaşinqton erməni baş nazirin anti-Amerika çıxışlarından çox narazıdır.  Səfir Linn Treysi Paşainyana ölkəsinin Ermənistana köməyini xatırladıb.

Nəşr qeyd edir ki, Paşainyan hökuməti daima ABŞ-dan kömək tələb edir. Xüsusi ilə maliyyə sahəsində. Bunun əvəzində isə heç bir xidmət göstərmir. Amerikalılar qeyd eeir ki, Ermənistanın get-gedə Rusiyadan asıllığı artır və qərbdən uzaqlşır.

2018-ci ildə erməni ekspertlərdən biri yazırdı ki, nəhayət ki, Ermənistan -Amerika münasibətləri üçün pəncərə açılıb. Bu günki münasibətlərə baxanda isə demək olar ki, bu pəncərə də artıq bağlanıb.