İsrail türk konsulu ölkəsinə qaytarır

16 May, 2018 08:45 | Siyasət | Baxış sayı: 74
Qəzza
Qəzza

Bu Türkiyənin addımına cavab tədbiridir

Qəzzada baş verən toqquşmalardan sonra İsrail-Türkiyə münasibətləri yenidən gərginləşib. Məlumata görə, İsrailin Ankaradakı səfiri Eiatan Neah Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, geri göndərilməsi barədə bəyanatdan sonra qarşı tərəf də adekvat addım atıb. İsrailli səfir Eitan Naehdən Türkiyədən ayrılması istənilib.

İsrailin Xarici İşlər Nazirliyi (XİN) isə Türkiyənin Qüdsdəki baş konsulundan ölkəni tərk etməsini tələb edib. Yerli mətbuatın məlumatına görə, baş konsul Hüsnü Gürcan Türkoğlua məsləhətləşmələr üçün Türkiyəyə qayıtmaq təklif edilib.

Xatırladaq ki, ABŞ-ın İsrail səfirliyinin Qüdsə köçürülməsindən sonra Qəzzada, İsrail ilə sərhəddə etirazlar baş qaldırıb. İsrail tərəfin müdaxiləsi nəticəsində 60-a yaxın fələstinli ölüb. Onların arasında 8 aylıq körpə də var.