İsrail səfiri Türkiyədən belə çıxdı FOTO

16 May, 2018 13:10 | Siyasət | Baxış sayı: 177
İsrailin Türkiyədəki səfiri
İsrailin Türkiyədəki səfiri

Səfir Qəzzadakı hadisələrə görə geri qaytarılıb

İsrailin Türkiyədəki səfiri geri göndərildi. İstiPress-in məlumatına görə, Qəzzada baş verən hadisələrdən sonra İsrailin Ankaradakı səfiri Eiatan Neah Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, geri göndərilməsi barədə qərar qəbul edilmişdi. Naeh bu gün Atataürk hava limanındna qalxan təyyarı ilə ölkəsinə qayıdıb. Səfir VIP salonun yerinə, adi sərnişinlərin istifadə etdiyi sahədən keçib. Naeh aeroportda olan jurnalistləri salamlamağı da unutmayıb. Diplomatın nə zaman geri qayıdacağı məlum deyil. 

Xatırladaq ki, İsrail də Qüdsdəki türk konsulu Gürcan Türkoğlunun bir müddətlik Türkiyəyə dönməsi tələbini irəli sürüb. Bundan sonra Türkiyənin İsrail və ABŞ-dakı səfirləri müzakirələr aparılması üçün Ankaraya geri çağırılıb.

ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsindən sonra bölgdə vəziyyət gərginləşib. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.