İrəvanda çaxnaşma: etirazçılar şəhər merinin binasını tutdular

16 May, 2018 15:56 | Siyasət | Baxış sayı: 176
Taron Marqaryanın istefasını tələb edirlər
Taron Marqaryanın istefasını tələb edirlər

İrəvan meri Taron Marqaryanın istefasını tələb edən nümayişçilər zorla şəhər administrasiyasının binasına giriblər.

İstiPress "news.am"a istinadən bildirir ki, aksiya iştirakçıları "Taron düş" qışqıraraq merin kabinetinə keçməyə çalışırlar. Polislər və meriyanın əməkdaşları onların qarşısını kəsiblər.

Qeyd edək ki, mer sabiq baş nazir Andranik Marqaryanın oğludur, onun atası vəzifə başında insultdan dünyasını dəyişdi. Taron  həm də Nikol Paşinyanın baş nazir seçilməsindən sonra müxalifətə keçən Respublika Partiyasının üzvüdür.

Taron Marqaryan 2011-ci ildən bu postu tutur. Serj Sarkisyan baş nazirlikdən istefa verdikdən sonra yerinə Taron Marqaryanın seçilməsini istəyirdi.