Bakıya girmək istəyən erməni qadın deportasiya olundu

16 May, 2018 13:25 | Siyasət | Baxış sayı: 338
Azərbaycanın sərhəd qoşunları
Azərbaycanın sərhəd qoşunları

Olqa Karlosovna Barseqyanı sərhədçilər saxlayıb

Azərbaycanın sərhəd xidməti Bakı Hava Limanından ölkəyə daxil olmaq istəyən erməni mənşəli qadını deportasiya edib.

İstiPress-in "Fontanka"ya istinadən verdiyi məlumata görə, Leninqradda yaşayan 81 yaşlı Olqa Karlosovna Barseqyan Heydər Əliyev Hava Limanında saxlanıb. 

Rusiya vətəndaşı olan erməniəsilli Barseqyan hava limanında sənədlərinin yoxlanışı zamanı təhlükəsizliyi nəzərə alınaraq ölkəyə buraxılmayıb. Onun haqqında deportasiya aktı tərtib olunub və o, gəlməsindən 11 saat sonra Moskvaya yola salınıb.