Gürcüstan Keşikçi dağ məsələsindən sui-istifadə edən qüvvələri ifşa edib

16 Aprel, 2020 12:01 | Siyasət | Baxış sayı: 76
Keşikçidağ monastrı
Keşikçidağ monastrı

DTX-nın hesabatında bu barədə məlumat verilib

2019-cu ildə David Qareci məbədi (Keşikçi dağ) ətrafında baş verən hadisələrdə müxtəlif qüvvələr, həmçinin milli dəyərlərin qorunması adı altında gizlənən müəyyən şəxslər və qruplar iştirak ediblər.

İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) illik hesabatında bildirilib. Sənədə əsasən, Gürcüstan-Azərbaycan dövlət sərhədindəki vəziyyəti və iki ölkə arasında qurulan strateji tərəfdaşlığı təhlükə altına qoyan dağıdıcı kampaniya aparılıb.

Sənəddə qeyd olunub ki, mövcud ikitərəfli münasibətlərə qəsdən zərər vurmaqla bağlı daimi olaraq birbaşa və ya dolayı müdaxilələr möcvuddur.