Çindən Suriyaya yardım - 2 balaca qutu

16 Aprel, 2020 15:41 | Siyasət | Baxış sayı: 190
cin-esed-rejimine-koronaviruse-karsi-sadece-2-13128374_9955_m
cin-esed-rejimine-koronaviruse-karsi-sadece-2-13128374_9955_m

Qutularda testlər olub

Koronavirusun mənbəyi olan Çin virusla mübarizədə qalib gəldiyi üçün dünya ölkələrinə yardıma başlayıb. Yardım alan ölkələrdən biri də Suriya olub. Lakin yardımın miqdarı görənləri sözün əsl mənasında təəccübləndirib. 

Adətən yardım göndərişləri üçün iri yükdaşıyan təyyarələrdən və böyük həcmli bağlamalardan istifadə edilir. Bu dəfə isə vəziyyət tam fərqli olub. Belə ki, Çin Bəşər Əsəd rejimi üçün cəmi 2 balaca qutu göndərib. 

Qutular Şam hava limanında təyyarədən endirildikdən sonra virus təhlükəsinə görə dezinfeksiya ediliblər. Açıqlama verən Çinin bu ölkədəki səfiri Fenq Biao bunun ilk kömək olduğunu və yardımın davam edəcəyini deyib. Çindən göndərilən qutularda 2016 ədəd koronavirus testi olub.

Xatırladaq ki, Suriyada bu ana qədər 33 COVİD-19-a yoluxma faktı qeydə alınıb. 2 nəfər ölüb.